Arazın yeni qolu ilə axan su İmişli rayonu ərazisində bəzi əkin sahələrinə sızıb
01 İyun 2010 Çərşənbə Axşamı 19:10
Kürdə suyun səviyyəsinin 10-16 santimetr qalxması Sarısu gölündə suyun artmasına səbəb olub.
Arazın yeni qolu ilə axan su İmişli rayonu ərazisində bəzi əkin sahələrinə sızıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayonunun Çaxırlı kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, Araz çayının yeni açılmış qolu ilə axan su artıq Çaxırlı kəndinə çataraq kənddə olan əkin sahələrinə sızıb. Ərazidə FHN-nin və digər qurumların texnikası və canlı qüvvəsi əkin sahələrinə ziyan dəyməməsi üçün müvafiq tədbirlər görür. İmişli rayon Fövqəladə Hallar Komissiyasından APA-ya verilən məlumata görə, Kür çayında 10-16 santimetr suyun səviyyəsi qalxıb ki, bu da “Sarısu” gölündə suyun artmasına səbəb olub. Göl ətrafında bəndbərkitmə işləri davam etdirilir və hər hansı daşqın təhlükəsi gözlənilmir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar