Arazın suyu Biləsuvar çöllərinə yönləndiriləcək
21 May 2010 Cümə 22:30
Vaxtı ilə mövcud olan su kanalı yenidən istifadəyə verilir
İranla sərhəd ərazidə Araz çayının vaxtı ilə mövcud olan qolunun bərpa olunması üçün hazırda operativ tədbirlər davam etdirilir. Həmin kanalla axacaq suyun Biləsuvar rayonu ərazisindəki boş çöllərə istiqamətləndirilməsi ilə Araz çayında suyun səviyyəsinin azaldılması planlaşdırılır ki, bununla da, Sarısu gölündə daşqın təhlükəsi aradan qalxmış olacaq. ANS-in təbii fəlakət bölgəsinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bölgədə hazırda vəziyyətin nəzarətdə olduğunu və əlavə tədbirlər planı hazırlandığını söyləyib.

Sarısu gölündə yaranmış təhlükəli vəziyyətin tam nəzarətə götürülməsi üçün Sabirabadda olan operativ qərargah da İmişli rayonunun Bəhramtəpə qəsəbəsinə köçürülüb. “Yaxın 2-3 gün ərzində əvvəllər mövcud olmuş bu kanal vasitəsi ilə yenidən suyun axması təmin ediləcək. Bununla da, Araz çayında və Kürdə suyun səviyyəsinin azalması və daşqın təhlükəsinin aradan qaldırılması planlaşdırılır”,-deyə daxili işlər naziri Ramil Usubov bildirib.

“Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə isə bildirib ki, hazırda Kür çayı ilə saniyədə 2585 kubmetr su axır ki, bu da çox böyük rəqəmdir. “Son illərin statistikasında bu cür göstərici qeydə alınmayıb. Hazırda daha böyük fəsadların baş verməməsi üçün müvafiq tədbirlər görülür, Kürün deltasında lildən təmizlənmə işləri davam etdirilir”,-deyə Əhməd Əhmədzadə bildirib.

Kürdə suiyun səviyyəsinin artması isə öz fəsadlarını dərhal göstərib. Berlə ki, bir müddət öncə su altında qalan Sabirabadın Qaragüney kəndində Şıxsarahlı istiqamətində qurulan bənddə bu jgün aşşma təhlükəsi yaranıb. Əraziyə cəlb olunmuş xeyli sayda canlı qüvvə və texnikanın fəaliyyəti nəticəsində təhlükənin qarşısı alınıb. Sabirabad rayonu Föpvqəladə Hgallar Komissiyasının sədri Vəfadar bağırovun verdiyi məlumata görə, axşam saatlarında bənddəki sızmanın qarşısı tam alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar