Araz çayının suyu artıb
13 May 2010 Cümə Axşamı 13:00
Bu barədə Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.
Araz çayının suyu artıb. ANS-in təbii fəlakət baş verən Sabirabad rayonuna ezam olunmuş xüsusi müxbrinin məlumatına görə, bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.
Belə ki, Araz çayından gələn su bu gün saniyədə 142 kubmetr artıb ki, bu da ərazidə hələ də problemin yaşanacağından xəbər verir. Hazırda rayonda bəndbərkitmə işləri davam edir.

Əhməd Əhmədzadə Saatlı rayonunda Sarısu gölündə yaranmış vəziyyətə aydınlıq gətirib: “Sarısu gölünün yaxınlığındakı kollektorun yan tərəfində yuyulma var idi. Hazırda orada təmir işləri aparılır. Suyun insanlara ziyan vermaması üçün biz onu Mil-Muğan kollektoruna yönəltmişik. Hazırda Sarısuda qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Orada ciddi bir problem yoxdur”.

Xatırladaq ki, bu gecə Sarusu gölünün suyunun daşması nəticəsində su bəndləri yarıb. Nəticədə rayonun Nərimankənd, Qasımbəyli, Hacıqasımlı, Məzrəli, Dəllər, Naharlı və məcburi köçkünlərin məskunlaşdığı şəhərcik üçün ciddi təhlükə yaranıb. Artıq rayonun Naharlı, Məzrəli, Nərimankənd və məcburi köçkünlərin yaşadığı şəhərciyin əhalisi evakuasiya olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar