Sabirabad və İmişli rayonlarında bu gün baytarlıq laboratoriyalarının təməlqoyma mərasimi keçirilib. Amerika Birləşmiş ştatlarının vəsaiti hesabına inşa ediləcək laboratoriyalar infeksion xəstəliklərin müayinəsi üçün nəzərdə tutulub. Qeyd edək ki, Sabirabadda tikiləcək laboratoriyada brüsselyoz, dabaq və bu kimi digər infeksion xəstəliklərin müayinəsi həyata keçiriləcək. İmişli rayonunda isə taun əleyhinə stansiyanın təməli qoyulub. Hər iki obyektin tikintisinin 6 ay müddətinə başa çatdırılması nəzərdə tutulub və tikinti işlərinə ümumilikdə 2 milyon dollar vəsait ayrılıb. Təməlqoyma mərasimlərində ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi və Birləşmiş Ştatların müdafiə departamentinin nümayəndələri iştirak edib. “Qeyd etmək istərdim ki, ABŞ Azərbaycanla məhz infeksion xəstəliklərə qarşı mübarizə sahəsində çox yaxın və sıx şəkildə işləyən tərəfdaşlardan biridir. Bildirmək istəyirəm ki, məhz elə bu gün hər iki laboratoriyanın da inşasına başlanıb” - deyə Enn Dörsi bildirib. /ANS TV/