Aqşin Yeniseyin vəziyyəti yaxşılaşıb
14 İyun 2014 Şənbə 15:22
Yazıçı xəstəliyində özünü günahkar bilir.
Bir müddətdir ki, qara ciyər serrozundan əziyyət çəkən gənc yazar Aqşin Yeniseyin vəziyyəti nisbətən yaxşılaşıb. Onun müalicəsi Mərkəzi Gömrük Hospitalında davam edir. Həkimlər müalicəsi davam edən A.Yeniseyin qara ciyərinin sıradan çıxan hissəsinin bərpası prosesini aparırlar.
Yazıçı bu vəziyyətə düşməsində özünü günahkar bilir. Bu barədə o, ieksklüziv olaraq ANS-ə danışıb.
"Öz bədənimə qarşı məsuliyyətsizliyin əziyyətini çəkirəm. İçki, soyuqdəymə, yaxşı qidalanmama...Mənə qaraciyər köçürülməsi lazım olduğunu deyəndə anladım ki, yolum o tərəfədir. Zəkam tam qaydasındadır, amma yaşla əlaqədar hissiyyatım barışmaq istəmir".
Aqşin yenisey Mir Şahinin geniş müsahibəsini iyunun 15-də "Hesabat"da izləyə bilərsiniz.
DOSTLARINLA PAYLAŞ: