Aqrolizinq MMC rəhbəri Əli Bayramov işdən niyə çıxdı?
21 May 2014 Çərşənbə 18:26
Aqrolizinq MMC rəhbəri Əli Bayramov istefa ərizəsi yazmasının səbəblərini açıqladı.
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” MMC-nin sədri Əli Bayramov bu gün öz ərizəsi ilə işdən çıxıb.

ANS PRESS-in məlumatına görə, Əli Bayramovun istefa ərizəsi səhhətində yaranan problemlər üzündən yazdığını deyib: “Səhhətimdə problem yarandı. Həkimə müraciət etdim. O isə müalicə lazım olduğunu bildirdi. Buna görə işdən getməli oldum”, - deyə Əli Bayramov bildirib.

Əli Bayramov 1959-cu ildə Qərbi Аzərbаycаnın Göyçə mаhаlının Bаsаrkеçər rаyоnunun Şişqaya kəndində аnаdаn оlub. Şişqаyа kənd оrtа məktəbini bitirib. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1981-ci ildə iqtisadçı ixtisasını bitirib.

Ali təhsil aldıqdan sonra Material Ehtiyatları Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunub. Daha sonra "Aqrolizinq" Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar