Apellyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunublar
22 Oktyabr 2013 Çərşənbə Axşamı 14:51
Azərbaycan Prezidenti tərəfindən "Məhkəmələr və hakimlər haqqında" qanunun 97-ci maddəsinə əsasən parlamentə təqdimat göndərilib.
Azərbaycanın Bakı, Gəncə və Şirvan şəhər apellyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunublar. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Azərbaycan Prezidenti tərəfindən "Məhkəmələr və hakimlər haqqında" qanunun 97-ci maddəsinə əsasən parlamentə təqdimat göndərilib. Təqdimata əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu tutduqları vəzifələrindən azad edilirlər.

Təqdimat Milli Məclisin iclasında səsverməyə qoyulub və sona qəbul olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar