Ölkə

ANS yeni rəqəmsal yayıma keçir

Bununla bağlı avqustun 3-ü gecə saat 00:00-dan günorta 15:00-dək televiziyanın yayımı dayandırılacaq

· Xəbərçi
ANS yeni rəqəmsal yayıma keçir

 

ANS yeni mövsümə yeni rəqəmsal texnologiya ilə başlamaq niyyətindədir. Yeni rəqəmsal avadanlıqların  quraşdırılması ilə bağlı profilaktik işlər görüləcək. ANS TV-dən ANSPRESS-ə verilən məlumata gərə, bununla baglı televiziyanın yayımında göstərilən vaxt ərzində fasilə yaranacaq. Buna görə, aqustun 3-ü gecə saat 00:00-dan günorta 15:00-dək “ANS” Müstəqil Yayım və Media Şirkəti yayımını dayandıracaq. Televiziyanın bu addımı atmaqda məqsədi yeni yayım mövsümündə tamaşaçıları üçün yeni verilişlərin daha keyfiyyətli görüntü ilə efirə çıxmasından ibarətdir.

Xatırladaq ki, ANS TV yaranacaq müvəqqəti fasiləyə görə, öncədən tamaşaçılarından üzr istəyir. /ANS PRESS/

 

Şərhlər