ANS TV-nin əməkdaşları paraşütlə tullanıb
06 İyul 2011 Çərşənbə 18:14
Balakəndə Aviasiya Məktəbinin təşkil etdiyi vətənpərvərlik aksiyasında yalnız ANS fərqlənib.
Balakən rayonu Aviasiya Məktəbinin təşkil etdiyi vətənpərvərlik aksiyasında ANS TV-nin və yerli telekanalların əməkdaşları iştirak edib. Tədbir Könüllü Hərbi Vətənpərvər Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucovun təşəbbüsü ilə keçirilib.
Aksiyadan əvvəl Novruzəli Orucov bütün kütləvi informasiya vasitələri və mətbuat nümayəndələrini paraşütlə tullanaraq vətənpərvərliklərini nümayiş etdirməyə çağırıb.
Hünər meydanında paytaxtdakı telekanallardan yalnız ANS-in əməkdaşları “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu, “Marş” hərbi proqramının aparıcısı Rahib Qərib və verilişin prodüseri Anar Şuşalı öz məharətlərini göstəriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: