ANS TV beynəlxalq Qızıl Qartal mükafatına layiq görüldü
04 May 2011 Çərşənbə 21:50
Qızıl Qartal mükafatı ANS-ə qazandığı nüfuz və yayımın keyfiyyətinə görə verilib.
ANS TV beynəlxalq “Qızıl qartal” mükafatına layiq görülüb. Bu mükafat ANS-ə qazandığı nüfuz və yayımın keyfiyyətinə görə verilib.

Qeyd edək ki, 1995-ci ildə Avropanın ən nüfuzlu media qurumları tərəfindən təsis edilmiş “Qızıl qartal” beynəlxalq mükafatı və diplomu dünyada tanınır. Bu mükafat yüksək nüfuza və keyfiyyətə malik olan, habelə Avropa ərazisində fəaliyyət göstərən media təşkilatlarına verilir.

Biz ANS olaraq düşünürük ki, bu ANS-in yox, bütün Azərbaycan mediasının tanınması kimi qiymətləndirilməli və ölkəmizin mətbu və media qurumları bu uğura gələcək müvəffəqiyyətlər üçün bir avans kimi baxmalıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar