ANS Şirkətlər Qrupunun yardımı fəlakət zonasına çatdırılıb
11 May 2010 Çərşənbə Axşamı 22:10
ANS-çilər bu ay əmək haqlarının bir qismini xüsusi fonda köçürməyi qərara alıb.
Bəlli olduğu kimi, ANS Şirkətlər Qrupu da Azərbaycanda sel və daşqınlardan əziyyət çəkmiş insanlara yardım məqsədi ilə “Azərbaycanlı olaq, Azərbaycanla olaq” adlı xeyriyyə çağırışı ilə çıxış edib. ANS-in müxtəlif geyim əşyaları, məişət avadanlıqları, çadırlar, eləcə də "Dadlılar" şirkətinin istehsalı olan qida məhsulları ilə yüklənmiş maşınları təbii fəlakət zonasına çatdırılıb.

Bundan başqa, ANS-çilər bu ay əmək haqlarının bir qismini yardım məqsədi ilə yaradılmış xüsusi fonda köçürməyi qərara alıb.

Qeyd edək ki, “Azərbaycanlı olaq, Azərbaycanla olaq” kampaniyası çərçivəsində fəlakət bölgəsində kömək gözləyən vətəndaşlarımıza yardım etmək istəyənlər Bank Respublikada yaradılan hesab nömrəsinə pul köçürə bilər. Bank Respublikada hesab nömrəsi: 555777
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar