ANS əməkdaşlarına növbəti təzyiq
07 İyun 2011 Çərşənbə Axşamı 05:36
Çəkiliş qrupu qəza yerində sürücünün qohumlarının hücumuna məruz qalıb
ANS TV-nin çəkiliş qrupu təzyiqlə üzləşib. Hadisə ötən gecə Neftçilər prospektində baş vermiş qəza zamanı ANS əməkdaşları öz vəzifə borclarını yerinə yetirdikləri vaxt meydana gəlib. Qeyd edək ki, çəkiliş qrupu baş verən qəzanı lentə alan zaman, 90 GF 099 dövlət qeydiyyat nişanlı “Mercedes”in sürücüsü Sərdar Əliyevin yaxınlarının təzyiqləri ilə üzləşib. Ancaq polisin müdaxiləsindən sonra baş verə biləcək qalmaqalın qarşısı alınıb. Belə ki, hadisə yerində olan Səbail rayon polis idarəsinin əməkdaşları həmin şəxslər ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, təxminən 10 gün əvvəl ANS TV-nin çəkiliş qrupu Gürcüstanda peşə borclarını yerinə yetirərkən təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə üzləşmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar