ANS-də "Media hüququ" kitabının təqdimatı keçirilib
20 May 2011 Cümə 20:58
Tədbirdə Azərbaycan-Amerika Jurnalist Akademiyasının tələbələri və ANS-in regional müxbirləri iştirak edib
Azərbaycan-Amerika Jurnalist Akademiyasının tələbələri və ANS-in regional müxbirləri Amerika səfirliyinin vasitəçiliyi və təşəbbüsü ilə ixtisasca jurnalist, həm də hüquqşünas olan Ceyn Körtlinin “Media hüququ” kitabının təqdimatında iştirak edib. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bu kitabın hər bir jurnalistin peşə fəaliyyətində yararlana biləcəyi maraqlı dərslik olacağını deyib.

Kitab Azərbaycan dilinə tərcümə olunub. Müəllif Ceyn Körtli kitabda əsasən media hüququ ilə bağlı dünya təcrübəsinin cəmləşdirildiyi, diffamasiya, məhkəmədə jurnalistlərin öz hüquqlarını qoruması kimi məsələlərin əksini tapdığını qeyd edib. Müəllif ona ünvanlanan sualları cavablandırdıqdan sonra kitablar tələbələrə paylanıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar