ANS ÇM ən qabaqcıl formata keçib
28 May 2011 Şənbə 21:11
ANS ÇM Azərbaycan, Amerika, Avropanın ən qaynar hitlərini eşidə biləcəksiniz.
Məlum olduğu kimi bu gün ANS-çilər üçün ikiqat bayramdır. 1994-cü ildə Cənubi Qafqazda ilk müstəqil radio - Çingiz Mustafayev adına FM radionun fəaliyyəti başlayıb. İlk vaxtlarda yalnız Bakı dinləyicilərini salamlayan ANS ÇM-in əhatə dairəsi getdikcə böyüdü .Əvvəl onu tək Azərbaycan, indi isə bütün dünya dinləyir.

Qafqazın ilk FM stansiyası olan ANS ÇM radiosu Azərbaycan məkanında musiqi nümunələrinin yeni tərzdə təqdim olunmasının əsasını qoydu və bu ənənə indiyə kimi davam edir.

Tamamilə yeni formatda dinləyicilərin qarşısına çıxacaqlarını bildirən ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev artıq formatın tam şəkildə dəyişdiyini deyib: “Bu gün biz formatımızı tam şəkildə dəyişmişik, Amerika formatına keçmişik. Bu, ən qabaqcıl formatdır. Hit FM-dir və bizim dinləyicilərimiz həm Azərbaycan, həm Amerika, həm də Avropanın ən qaynar hitlərini yalnız bizim radiomuzda eşidə biləcəklər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar