ANS ÇM-də DJ-lərin qarşıdurması davam edir
18 İyul 2011 Bazar Ertəsi 17:52
ANS ÇM-də DJ-lərin qarşıdurması davam edir. Növbəti qarşıdurma iyulun 24-ü keçiriləcək.
Qafqazın ilk FM stansiyası olan ANS ÇM radiosunda “DJ deyəcək. Qarşıdurma” yarışması davam edir. Verilişin aparıcısı Cavid Osmanovun ANS PRESS-ə verdiyi məlumata görə, Azərbaycan radio məkanında yeni layihəyə olan DJ yarışmasının növbəti mərhələsi ötən həftə baş tutub. "Azercell" Telekomun baş sponsorluğu ilə keçirilən yarışmada DJ Mahmudoffla DJ Ba Zaur, DJ EL Khasso ilə DJ Rash yarışıb. Yarışmanın dəyişilməz münsiflər heyyəti “DJ-lər Assosiasiyası”nın sədri Mansur Əhmədov və onun müavini Teymur Qasımovdur. DJ Dark və DJ Seyym isə qonaq qismində yarışa qatılıblar.
İlk qarşıdurmada təcrübə öz sözünü deyib və DJ Ba Zaur qalib çıxıb. Ən çətin seçim DJ El Khasso və DJ Rash arasındakı qarşıdurmada olub. Burada qalib səsvermə yolu ilə seçilib. Səsvermənin nəticələrinə görə, DJ Rash növbəti mərhələyə çıxıb.
C.Osmanov yarışın sentyabr ayına qədər davam edəcəyini bildirib. Növbəti mərhələ isə bu bazar - iyul ayının 24-də baş tutacaq. Yarışmada DJ Apple DJ Caffaya qarşı, DJ Roll isə DJ Tom Style qarşı yarışacaq. Yarışma ANS ÇM-də axşam saat 21:00-dan 23:00-a kimi davam edəcək.
Qeyd edək ki, dinləyicilər xoşlarına gələn DJ-lərin adını 9102 nömrəsinə göndərməklə öz favoritlərini qalib edə bilərlər.
Xatırladaq ki, ANS ÇM radiosunda Azərbaycan DJ-lər Assosiasiyası ilə birgə keçirilən "DJ deyəcək. Qarşıdurma" şousu iyulun 10-dan start götürüb. Müsabiqədə ümumilikdə 16 DJ iştirak edir və veriliş bütün yay boyu davam edəcək. Şou “Bu yay bizimdir” devizi ilə keçirilir. Daha ətraflı məlumat ansradio.ws və djbattle.az saytından əldə edə bilərsiniz. anspress
DOSTLARINLA PAYLAŞ: