Anar Qarayev Mübariz İbrahimovun yolunu seçmişdi
04 Avqust 2014 Bazar Ertəsi 13:00
Həkimlər Anar Qarayevin hərbiyə getməməsi barəsində qərar çıxarmışdılar.
Bu gün səhər saatlarında cəbhnin Ağdam rayonu istiqamətində şəhid olmuş daha bir əsgərimiz dəfn olunub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Anar Vidadi oğlu Qarayev doğulduğu Biləsuvar rayonunun Nərmankənd kənindəki qəbristanlığında topağa tapşırılıb.

Şəhidin dəfnində xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, eləcə də rayon ictimayəti iştirak edib. Şəhidə kənd qəbiristanlığında İslam qaydalarına uyğun olaraq namaz qılındı. Şəhidin ruhuna dualar oxundu. Dəfn mərasimində iştirak edən fəxri qaravul dəstəsi havaya yaylım atəşi açdılar.

Dəfndən sonra çıxış edən hərbiçilər cəmi 4 ayın əsgəri olan Anarın düşmənin diversiya-təxribat qurupunun hücümü zamanı göstərdiyi qəhrəmanlıqdan söhbət açıblar.

Qeyd edək ki, Anar Qarayev ailədə 2 qardaş, 2 bacı olublar. Həkimlər hələ 4 ay öncə səhhətində olan müəyyən qüsura görə, onun hərbiyə getməməsi barəsində qərar çıxarıblar. Lakin o, könüllü olaraq hərbi xidmətə getməkdə israrlı olub. O, hərbi xidmətə getmək üçün könüllü olaraq ərizə verib. Anar dostları ilə söhbət zamanı daima ən böyük arzusunun Mübariz İbrahimov kimi düşmənə layiqli dərs vermək olduğunu bildirib.

Hərbi Xidmətinin 4-cü ayında o, arzusuna çataraq, şəhidlik zirvəsinə ucalıb. Şəhid olması ilə Biləsuvar rayonunun Nərmankənd kəndindəki Qarabağ şəhidlərinin sayı 9 çatıb.

Vətən sağ olsun!







DOSTLARINLA PAYLAŞ:

oyunlar