Anar Məmmədov və Alişan yan yana. Toy mərasiminə Türkiyə və Rusiyadan məşhur sənətçilər dəvət edilib.
Azərbaycanlı gənc iş adamı Anar Məmmədovun türkiyəli müğənni Alişanla birlikdə olan fotosu yayılıb. ANS PRESS-in məlumatına görə, Anar bəy ötən gecə "Şərq Sarayı" adlı şadlıq sarayında keçirilən iş adamının toyuna qatılıb. Toy mərasiminə Türkiyə və Rusiyadan məşhur sənətçilər dəvət edilib.
Qardaş ölkənin sevilən müğənnisi Alişan və Rusiyanın qızlardan ibarət olan "Slivki" qrupunun keçmiş solisti Karina Koks məhz bu mərasimdə iştirak etmək üçün Bakıya gəliblər. Mərasimdə bunlarla yanaşı Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel və Tunar da iştirak ediblər.
Qeyd edək ki, toyun təşkilatçısı prodüser Anar Mədətovdur. Anar artıq müğənni Rəqsanə İsmaylova ilə işbirliyinə start verib. Bundan sonra ifaçının mətbuat katibliyini Anar edəcək.
El şənliyindən olan fotoları sizə təqdim edirik.