ANAMA: “Mart ayı ərzində mina hadisəsi qeydə alınmayıb”
07 Aprel 2010 Çərşənbə 12:05
Eyni zamanda 3,289 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.
2010-cu ilin mart ayı ərzində 2,220,230 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ANS PRESS-ə verilən məlumata görə, 3,289 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.

Məlumatda bildirilir ki, mart ayı ərzində 18 ədəd tank əleyhinə mina tapılıb.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it cəlb edilib. İndiyədək cəmi 128,498,893 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 607,950-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Ağstafa, Gədəbəy, Göygöl və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.

ANAMA-dan onu da bildiriblər ki, 2010-cu ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar