AMİP sədri Yusif Bağırzadə Almaniyada cərrahiyyə əməliyyatı olunacaq
12 Avqust 2011 Cümə 13:50
AMİP sədri Yusif Bağırzadənin onurğa fəqərələrində üç disk yırtığı aşkarlanıb.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə əməliyyat olunmaq üçün Almaniyaya gedəcək.
Bu barədə APA-ya açıqlama verən Yusif Bağırzadə onurğa fəqərələrində üç disk yırtığı aşkarlandığını, Azərbaycanda əməliyyat olunmağı məqsədəuyğun hesab etmədiyini deyib. Buna görə də AMİP sədri Almaniyada əməliyyat olunmaq qərarına gəlib. Onun sözlərinə görə, yaxın günlərdə Almaniyaya getməsi ilə bağlı məsələ rəsmiləşəcək: "Hələlik gedəcəyim gün bəlli deyil. Bununla bağlı müvafiq sənəd Bakıya gələndən sonra Almaniyaya gedəcəyəm". O, əməliyyat olunacağı xəstəxananın adını açıqlamayıb.
Y.Bağırzadə son 7-8 aydır bu xəstəlikdən əziyyət çəkdiyini söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: