PKK terror təşkilatının tərəfdarları aprelin 19-da, radikal ermənilər isə aprelin 24-də Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırır. APA-nın Vaşinqton müxbiri xəbər verir ki, ABŞ-dakı Azərbaycan diasporu türkləri və onların dostlarını PKK tərəfdarlarının və radikal ermənilərin bu aksiyalarının qarşısını almağa çağırıb.
“Biz bütün tərəfdarlarımızı Türkiyə səfirliyi qarşısında toplaşaraq türklərlə həmrəylik nümayiş etdirməyə çağırırıq”, - deyə diaspordan bildirilib.
Amerikada yaşayan azərbaycanlılar ABŞ Administrasiyasına yüzlərlə məktub göndərərək, prezident Barak Obamanı 1915-ci il hadisələri ilə bağlı ənənəvi 24 aprel çıxışında “soyqırımı” ifadəsini işlətməməyə də çağırıb.
Amerikada yaşayan azərbaycanlılar Barak Obamaya müraciət edib
Həmvətənlilərimiz ABŞ prezidentini ənənəvi 24 aprel çıxışında “soyqırımı” ifadəsini işlətməməyə çağırıb




Şərhlər