AMEA strukturunda çalışanların yarısı təqaüd yaşına çatanlardır
17 May 2011 Çərşənbə Axşamı 13:34
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda 10 minə yaxın insan çalışır. Onların təxminən yarısına qədəri təqaüd yaşına çatan işçilərdir. Gənclərin sayı yaşlılara nisbətən azdır”.


APA-nın məlumatına görə, bu barədə AMEA prezidenti Mahmud Kərimov dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması ilə bağlı Əmək Məcəlləsinə edilən təklifə münasibət bildirərkən deyib.

AMEA prezidenti alimlər üçün yaş senzinin daha çox fərdi yanaşma əsasında tətbiq olunmasının tərəfdarı olduğunu bildirib: “Elə alimlər var ki, 65 yaşında çox məhsuldar çalışır, işləyirlər. Onların çoxlu tələbələri, aspirantları var. Ona görə də burada vahid standart deyil, fərdi yanaşma olmalıdır. Elə alimlər də var ki, 60 yaşa çatmamış fəaliyyətini dayandırıb və heç bir perspektiv vəd etmir. Onları təqaüdə göndərmədən işdən azad eləmək daha yaxşı olar. Hər bir işçinin elmi fəaliyyəti və istedadı mütləq nəzərə alınmalıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar