Alternativ enerji mənbələrindən istifadə ilə bağlı yenilik
01 May 2014 Cümə Axşamı 10:02
Nazirlər Kabineti alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması ilə bağlı qərar verib.
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarında dəyişiklik edilib.
ANS PRESS-in məlumatına görə, yeni dəyişikliklərin edilməsi alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutur.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən əlavə dəyər vergisindən azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.
Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir.
DOSTLARINLA PAYLAŞ: