Altay Göyüşov derse çağırılıb
14 Noyabr 2013 Cümə Axşamı 21:36
Altay Göyüşov bildirib ki, kafedra müdiri zeng vurub, onu derse çağırıb.
Bakı Dövlet Universitetinin türk ve Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşov yeniden derse çağırılıb.
ANS PRESS-in “Media forum”a istinaden verdiyi melumata göre, noyabrın 14-de Altay Göyüşov özü verib. Alim bildirib ki, kafedra müdiri zeng vurub, onu derse çağırıb.
Noyabrın 12-de Altay Göyüşov Bakı Dövlet Universitetinin rehberliyinin ondan öz erizesi ile işden çıxmağı teleb etdiyini açıqlayıb. Bildirib ki, bunun ardınca onu ders gede-gede auditoriyadan çıxarıblar.
Alim qeyd edib ki, işden çıxarılmasının sebebi “Facebook”dakı feallığıdır.
BDU-nun rektoru Abel Meherremov ise jurnalistlere açıqlamasında Altay Göyüşova işine sehlenkar yanaşması sebebinden xeberdarlıq olunduğunu bildirib. Deyib ki, onun bir müellim kimi fealiyyeti bundan sonra araşdırılacaq ve konkret qerar verilecek.
Noyabrın 13-de Altay Göyüşovun telebeleri baş verenlere etiraz olaraq derse girmekden imtina edibler.
Altay Göyüşov 1965-ci ilde Bakıda anadan olub. Merhum arxeoloq Reşid Göyüşovun oğludur.
Sosial-siyasi islam, islam tehsili problemleri ile bağlı tedqiqatlar aparan alim müxalif REAL herekatının öncüllerinden biridir.
DOSTLARINLA PAYLAŞ: