Alimlərin yaşadığı bina söküləcək
18 Sentyabr 2009 Cümə 21:10
Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması barədə rəy verib
Bakı şəhəri Yasamal rayonunun Ş.Mehdiyev küçəsindəki alimlərin yaşadığı binaya Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı olması barədə rəy verilib. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazirin sözlərinə görə, binaya baxış keçirilib, təhlil aparan müstəqil ekspertlər də nazirliklə eyni fikirdə olublar: “Binanın təzədən bərpası daha çox vəsait və zaman tələb edir. Ona görə də bina söküləcək, yerində yenisi tikiləcək”.

“Bu müddətdə dövlət tərəfindən sakinlərə kirayə pulu və əşyalarını başqa yerə daşımaq üçün vəsait veriləcək. Binanın sakinlərinə yeni tikilən binada indiki mənzillərindən 20 faiz əlavə yaşayış sahəsinin verilməsi planlaşdırılır”, - deyə nazir qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar