Aktrisa Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirildi
04 Aprel 2014 Cümə 17:26
Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, aktrisa sərnişin avtobusundan düşmək istəyərkən yıxılıb və bərk əzilib. Onu ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.
Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. O, reanimasiya şöbəsində həkim nəzarətindədir.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, Nuriyyə Əhmədova “Xalqlar Dostluğu” metrosu yaxınlığında 11 saylı sərnişin avtobusundan düşmək istərkən qəfil müvazinətını itirib və yıxılıb.

Deyilənlərə görə, hadisə avtobus sürücüsünün qəfil əyləc sisteminə basması nəticəsində baş verib. Nəticədə xalq artisti bel və canaq nahiyyəsindən zədə alıb.

Həkimlər onun həyatını xilas etmək üçün çalışırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar