Aksiyanı izləyən jurnalistlər təzyiqlərlə üzləşməyib
02 Aprel 2011 Şənbə 20:08
Mətbuat Şurasının Monitorinq qrupu aksiyanın işıqlandırılması ilə bağlı öz rəyini bildirib.
Bu gün Mətbuat Şurasının (MŞ) Monitorinq qrupu İctimai Palataya daxil olan partiyaların Bakıda keçirtdikləri icazəsiz aksiya zamanı jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinin monitorinqini aparıblar. MŞ-nın icraçı katibi Rəhim Hüseynzadənin sözlərinə görə, monitorinq ölkədə söz və mətbuat azadlığının təminatından irəli gələn imtiyazların reallaşdırılması istiqamətində media təmsilçilərinə yaradılan şəraiti müşahidə etmək məqsədi daşıyıb.

Mətbuat Şurası, inzibati orqanlar, media qurumları təmsilçilərinin daxil olduğu qrup aksiya zamanı heç bir təzyiqlə qarşılaşmayıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının (ÇPA) komandiri Səhlab Bağırov jurnalistlərə müraciət edərək müxalifətin təyin etdiyi razılaşdırılmamış aksiya zamanı onların təhlükəsizliyinin təmin olunacağını demişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar