“Akkord” Heydər Əliyev zirvəsini fəth edib
18 Avqust 2009 Çərşənbə Axşamı 16:15
Şahdağ massivindəki zirvəyə 11 nəfərdən ibarət qrup qalxıb

 

Avqustun 10-da Azərbaycan Alpinizm Federasiyası Azərbaycanın ən yüksək zirvələri arasında ikinci olan Şahdağa yürüş təşkil edib. “Akkord” şirkətindən verilən məlumata görə, yürüşdə Azərbaycan Alpinizm Federasiyasının ən təcrübəli, biri qadın olmaqla ümumilikdə 11 nəfərdən ibarət alpinist heyətilə yanaşı, “Akkord” Şirkətlər Qrupunun əməkdaşları da iştirak edib. Məqsəd, Şahdağ massivində Heydər Əliyev zirvəsini fəth etməklə “Akkord” Şirkətlər Qrupunun bayrağının orada dalğalandırılması olub.

Qeyd edək ki, Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılıb. Böyük Qafqazın dağ silsilələrindən olan Şahdağın hündürlüyü 4243 metrdir.

Ekspedisiyanın səfəri avqustun 15-də “Akkord” Şirkətlər Qrupunun bayrağının Heydər Əliyev zirvəsində dalğalandırılmasıyla başa çatıb.

Xatırladaq ki, sözügedən zirvə ilk dəfə 1998-ci ildə mərhum Prezident Heydər Əliyevin 75 illiyi münasibətilə fəth olunub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar