Ağsunun bir kəndi təcili köçürülməlidir
24 Fevral 2010 Çərşənbə 21:15
Rayonun 5 kəndində torpaq sürüşməsi təhlükəsi var
Ağsu rayonunun 5 kəndində torpaq sürüşməsi təhlükəsi var. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, fevral ayında havanın yağıntılı olması səbəbindən rayonun Kalva, Suraxanı, Quzay, Qırrar və Sanqalan kəndlərində təhükəli vəziyyət yaranıb. Sanqalan kəndində isə vəziyyət daha acınacaqlıdır. Belə ki, bu kənddə olan bütün evlərin divarlarında çatlar yaranıb. Kənd sakinlərinin sözlərinə görə, kəndin yerləşdiyi ərazidə olan torpaq qatı hər gün təqribən yarım metrə qədər sürüşür.

Hadisə ilə bağlı Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Ağsu rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov ərazidə olub. Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri də əraziyə baxış keçirib. Rayon İcra Hakimiyyətinə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş məktubda isə kəndin həqiqətən də təhlükəli zonada yerləşməsi qeyd olunub və əhalinin köçürülməsi tövsiyyə edilib. Hazırda bununla bağlı kənd əhalisnə xəbərdarlıq edilib. Rayon İcra Hakimiyyəti tərəfindən insanların klub, məktəb kimi obyektlərə köçürülməsi planlaşdırılsa da, hələlik köçürülmə prosesinə başlanılmayıb.

Qeyd edək ki, üç tərəfdən dağlıq ərazi, bir tərəfdən isə dərə ilə əhatə olunan Ağsunun Sanqalan kəndi Muğanlı-İsmayıllı yolunun 15-ci kilometrində yerləşir. Kənddə 38 fərdi yaşayış evi, iki inzibati bina var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar