Ağsu aşırımı birtərəfli bağlanıb
06 Aprel 2010 Çərşənbə Axşamı 12:50
Ağsu aşırımı birtərəfli bağlanıb. Ərazidə təmir işləri aparılır.
Dünən Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımında dağın uçması nəticəsində yol yararsız vəziyyətə düşüb. Ağsu rayon 12 saylı Yol İstismar İdarəsinin rəisi Muradxan Muradxanov ANS-ə bildirib ki, avtomobil yolunda birtərəfli hərəkət rejiminə keçirilib.

Ağsu rayon 12 saylı Yol İstismar İdarəsinin əməkdaşları gecə hadisə yerində işləyib. Yolun təmizlənməsi üçün ağır texnika göndərilib. Hazırda təmir biriqadası ərazidə iş aparır.

Qeyd edək ki, dünən axşam yolun bir hissəsində təqribən 30 metr məsafəyə tökülən torpaq bütün gecə boyu avtomobillərin hərəkətini çətinləşdirib. Təxminən 70-ə yaxın avtomobil yolda qalmışdı.

Xatırladaq ki, martın 16-da da Ağsu aşırımında 14 kilometr məsafədə sürüşmə baş vermişdi. Ərazidə sürüşmə fevral ayının axırlarından güclü yağışlardan sonra başlayıb. Hazırda yağışın yağması burada sürüşmə ehtimalını bir az da artırıb.

Mütəxəssislərin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun həmin hissəsi seysmik sürüşmə zonası hesab edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar