Ağdaş rayonunda Əmək yarmarkası keçirilib
25 Sentyabr 2014 Cümə Axşamı 15:07
Ağdaş rayonunda Əmək yarmarkası keçirilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.
Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ağdaş rayonunda Əmək yarmarkası keçirilib.

ƏƏSMN-dən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş (vakant) iş yeri təqdim edilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.

Həmçinin tədbir zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 14 nəfərin, ödənişli ictimai işlərdə çalışmaq üçün isə 13 nəfərin qeydiyyatı aparılıb.

Xatırladaq ki, ƏƏSMN tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları sabah, sentyabrın 26-da 5 rayonda Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında davam etdiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar