Ağdamda şəhid olan zabit Elşən Həsənov Mingəçevirdə dəfn olunacaq
30 İyul 2011 Şənbə 18:23
Bu gün səhər saatlarında zabit Elşən Həsənovun cənazəsi doğulduğu Mingəçevir şəhərinə gətirilərək ailəsinə təhvil verilib.
Ağdamın Yusifcanlı kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən şəhid olan Milli Ordumuzun zabiti Elşən Həsənov bu dəqiqələrdə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunacaq. Azərbaycan zabiti erməni snayperi tərəfindən boyun nahiyəsindən vurulub.

Bu gün səhər saatlarında zabitin cənazəsi doğulduğu Mingəçevir şəhərinə gətirilərək ailəsinə təhvil verilib.

Qeyd edək ki, Elşən Həsənov Heydər Əliyev adına Hərbi Akademiyanın məzunu olub. Azərbaycan ordusunda xidmət etdiyi 1 il müddətində leytenant rütbəsinədək yüksəlib, tağım komandiri olub.

Allah şəhid Elşən Həsənova və cəmi şəhidlərimizə rəhmət eləsin! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar