Ağdam rayonunda stadionu söküb yerində lisey tikirlər
27 Mart 2014 Cümə Axşamı 14:40
Ağdam rayon Quzanlı kəndində uşaqlar üçün salınmış futbol meydançası sökülüb.
Rayonun baş memarı Abduləli Mehdiyevin verdiyi məlumata görə, meydança səliqəli şəkildə sökülür.

Bu ərazi lisey tikilməsi üçün nəzərdə tutulmuşdu. Avropa standartlarına cavab verən, 480 yerlik liseyin tikintisinə başlanıb. Onun böyük stadionu var.

Qeyd edək ki, stadion cəmi 3 ay əvvəl istifadəyə verilmişdi və onun tikintisi üçün xeyli vəsait xərclənmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar