Ölkə

“Ağdam - Qafqaz Xirosiması” adlı sərgi keçirilib

“Ağdam - Qafqaz Xirosiması” adlı sərgi keçirilib

· Xəbərçi
“Ağdam - Qafqaz Xirosiması” adlı sərgi keçirilib


Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamın Quzanlı qəsəbəsində Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İnam Plüralizm Mərkəzinin sədri Vahid Qazinin həyata keçirdiyi, “Qarabağ İctimai Forumu”nun (QİF) təşkilatı dəstək verdiyi “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” sərgisinin açılışı olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov rayon ictimaiyyəti qarşısında çıxış edib və layihənin əhəmiyyətindən danışıb.

Layihənin rəhbəri Vahid Qazi isə həyata keçirilən layihənin məqsədindən bəhs edərək deyib ki, əsas məqsəd Qarabağ həqiqətlərini daha sadə yolla və erməni vandalizmini əks etdirən fotofaktlarla dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Sərgidə Ağdam şəhərinin son görüntülərini və dağıdılmış vəziyyətini əks etdirən film də göstərilib. Sərgi 3 gün davam edəcək.

Şərhlər