Ağasif Şakiroğlunun appelyasiya şikayəti təmin edildi
06 Avqust 2009 Cümə Axşamı 11:15
Bakı Apelyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin Ağasif Şakiroğlu barədə seçdiyi 1 aylıq həbs qətiimkan tədbiri qərarını ləğv edib

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə "Hədəf" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun apellyasiya şikayəti ilə bağlı qərar elan olunub. A. Şakiroğlunun vəkili Bəhruz Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin A. Şakiroğlu barədə seçdiyi 1 aylıq həbs qətiimkan tədbiri qərarını  əssasız hesab edərək ləğv edib. Vəkilin sözlərinə görə, bu gün ərzində A. Şakiroğlunun həbsdən azad ediləcəyi gözlənilir.

Xatırladaq ki, avqustun 3-də saxlanılan A. Şakiroğlıu barəsində Nərimanov Rayon Məhkəməsi 1 aylıq həbs-qətiimkan tədbiri seçib. Vəkil B. Quliyev isə bu qərarın əssasız olması barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

A. Şakiroğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur və onun barəsində Cinayət Məcəlləsinin 321.1 maddəsiylə iş açılıb. Hazırda istintaq prosesi gedir. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs iki ilə kimi azadlıqdan məhrum edilə bilər. Ağasif Şakiroğlu isə bu ittihamı qondarma saydığını, dəfələrlə hərbi komissarlığa getsə də, əsgər aparılmadığını deyir.

Aytən Həmidova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar