Ağaclarımızı xilas edəcək layihə
26 İyun 2012 Çərşənbə Axşamı 16:00
Kağız İstehsalı Kombinatı Azərbaycanı bahalaşan kağız sənayesindən sığortalayacaq.
Kağız dünyada insanlar tərəfindən ən çox istifadə olunan sənaye məhsullarından biridir. Kağız və onun məhsulları gündəlik həyatda olduqca önəmli yerə sahibdir. Statistikaya nəzər salsaq, görərik ki, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir. İstifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, habelə böyük meşələrin xilasını mümkün edə bilər. Bu isə ətraf mühitin mühafizəsi və təbii sərvətlərimizə qənaət deməkdir.

Qeyd etmək lazımdır ki, 1 ton kağızın yenidən emalı üçün:
-17 ədəd şam ağacı kəsilməli;
-36 ton karbon qazının atmosferə atılmalı;
-4100 kilovat elektrik enerjisinin sərf olunmalı;
-267 kq çirkli qazın atmosferə buraxılmalı;
-1750 litr yanacaq neftinin sərf olunmalı;
-3-4 m2 anbarlama sahəsindən istifadə;
-85 m2 meşə ərazisinin məhv edilməli;
-38,8 ton su sərf olunmalıdır.

 

Azərbaycanda da təbiətin qorunması istiqamətində daha bir addım atıb. Bu isə "Azərsun Holding" Şirkətlər Qrupunun Sumqayıtda inşa etdiyi Karton və Kağız İstehsalı Kombinatıdır. Sumqayıtda sənaye zonasında qurulacaq Kağızın Təkrar İstehsalı Fabriki, ölkənin kağız tələbatını ödəməklə, ekoloji tələblərə 100 % cavab verəcək.

Hazırda 1 ton kağızın istehsalı üçün 2.4 ton odun, 440 ton su, 7600 kWh elektrik enerjisi istifadə olunmaqdadır. Qeyd olunan mənbələrin maya dəyərinin gündən günə bahalaşması kağız sənayesində də qiymət artımlarının olacağını proqnozlaşdırmağa əsas verir.

Müəssisənin fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin də qarşısının alınmasında mühüm rol oynayacaq. Müəssisənin müasir texnologiyalar əsasında fəaliyyəti son dərəcə səmərəliliyi ilə yanaşı, Azərbaycanın bu bahalaşmadan sığortalanmasına şərait yaratmaqla, bölgədəki liderliyini qoruyacaq, ölkənin ixrac potensialını daha da artıracaq.

Kağızın Təkrar Emalı Fabrikinin potensialı təkcə Azərbaycanın deyil, Gürcüstanın, Türkmənistanın və Dağıstanın da kağıza olan tələbatını ödəməyə malik olacaq. Belə ki, müəssisənin istehsal potensialının 30%-ə qədəri ölkədaxili kağız tələbatını ödəyəcək, qalan 70%-i isə qonşu dövlətlərə ixrac olunacaq.

Şirkətin mətbuat xidmətinin rəhbəri Afiq Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, zavod artıq istifadəyə verilsə də, tikintinin tamamlaması bu ilin sonuna nəzərdə tutulub. Müasir texnologiyalara malik şirkətlərin avadanlıqları quraşdırılan kombinatda bütün növ sənaye və qida kağızları, fluting, test liner, parlaq kağız, ofis kağızlari, kraft, top liner (ümumilikdə bütün növ kağızlar) istehsal ediləcək. Məhsuldarlıq isə gündə 200 ton olacaq. İstehsal maşınlarının orta sürəti dəqiqədə 350-500 metr olmaqla fasiləsiz iş rejimində işləyəcək.

Kombinatın xammal ilə təchizatına “Təmiz Şəhər” ASC, IDEA Beynalxalq Kampaniyası və “Vətəndaş Cəmiyyətində Debat” İctimayi Birliyi də fəal şəkildə qoşulacaq. “Təmiz Şəhər” ASC və “Azərsun Holdinq” MMC arasında imzalanmış müqaviləyə əsasən, Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi poliqonunda yığılan bütün kağız tullantıları yenidən emal üçün il ərzində Kağızın təkrar Emalı Kombinatına təhvil veriləcək.

Kombinatın açıqlması işsizlik probleminin həllinədə kömək edəcək. Belə ki, şirkətin mətbuat xidmətinin rəhbəri Afiq Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, 120 nəfər zavodda, 800 nəfərə yaxın insan isə makalatura toplama sistemində çalışa biləcək.

Ekoloq Fəqan Əliyev də belə bir sənaye müəssisinin Azərbaycana lazım olduğunu düşünür. Onun sözlərinə görə, tikintisində ekoloji mahiyyət gözlənilməlidir.

“Bu vacib sənayedir. Azərbaycanda sənayeləşmənin getməsi vacibdir. Çünki sənayeləşmə həm də yeni iş yerlərinin açılması deməkdir. Kombinatın ilə salınması ilə kağız hazırlamaq üçün ağaç kəsilməsi, yaşıllıqların qırılmasının qarşısı alınacaq. Bu da müsbət haldır”, - deyə ekoloq bildirib.



Qeyd edək ki, kağızın təkrar emalının gətirəcəyi faydalar kifayət qədər çoxdur. Bunlara təbii ehtiyatlar qorunması, enerji sərfiyyatının azalması, tullantıların miqdarının azalması və ölkə iqtisadiyyatı gücləndirmək də aiddir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar