Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) B kateqoriyalı lisenziyanı yeniləmək üçün kurslar təşkil edir.
İyulun 18-dən 23-dək B kateqoriyalı məşqçi lisenziyasının müddəti başa çatmış məşqçilər üçün yenidən kurslar keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından ANS PRESS-ə verilən məlumata görə, kurslara almaniyalı mütəxəssis Nikolay Adam rəhbərlik edəcək.
Kurslarda iştirak etmək üçün ərizə, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış, 2 ədəd şəkil (3x4), B kateqoriyalı məşqçi lisenziyasını əks etdirən diplom və vəsiqənin surətləri tələb olunur.
Kurslarda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödənişlər nağd və ya köçürmə yolu ilə aparıla bilər. Əlaqələndirici şəxslər: Anar Şıxəliyev, Anar Rzazadə
Əlaqə telefonları:
+994 50 424 05 00 – A.Şıxəliyev
+994 50 322 49 09 – A.Rzazadə
+994 12 489 50 66
E-mail:
[email protected],
[email protected]
Qeyd edək ki, kurslarda yerlər məhduddur. Sənədləri ilk təqim edən 25 nəfər iştirakçı bu kurslarda iştirak edə biləcəklər. ANSPRESS