Ölkə

Abunəçilərin 75 136,25 manat borcu var

Bakı şəhəri Qaz İstismarı İdarəsi borclu abunəçilərin qaz təchizatı dayandırılıb

· Xəbərçi
Abunəçilərin 75 136,25 manat borcu var
İstifadə edilən təbii qazın dəyərinin ödənilməsi barədə Bakı şəhəri Qaz İstismarı İdarəsi tərəfindən abonentlərə edilmiş xəbərdarlıq başa çatdıqdan sonra Əzizbəyov, Xətai və Binəqədi rayonlarında təbii qaza görə borcu olan 279 abunəçinin mənzilinin qaz təchizatı xəbərdarlıq edilərək dayandırılıb.
Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, qaz təchizatı dayandırılmış abonentlərin debitor borclarının ümumi məbləği 75 136,25 manat təşkil edir.

Rayonlar üzrə debitor borcu olan abunəçilərin nəzərinə çatdırılıb ki, borcları ödənilmədiyi təqdirdə mənzillərinin qaz təchizatı bərpa olunmayacaq. ANSPRESS

Şərhlər