Ölkə

Abşeron rayonunda yeni Zooloji Park tikiləcək

Abşeron rayonunda yeni Zooloji Park tikiləcək. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3 milyon manat vəsait ayrılıb.

· Xəbərçi
Abşeron rayonunda yeni Zooloji Park tikiləcək
Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunun ərazisində yeni zooparkın tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3 milyon manat vəsait ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. ANSPRESS

Şərhlər