Ölkə

ABŞ Konqresi aparatının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Konqresin nümayəndələri Milli Məclisdə və digər dövlət strukturlarında bir sıra görüşlər keçirəcəklə

· Xəbərçi
ABŞ Konqresi aparatının nümayəndə heyəti Azərbaycanda səfərdədir
ABŞ Konqresi aparatının üzvlərindən və konqresmenlərin köməkçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Konqresin nümayəndələri Milli Məclisdə və digər dövlət strukturlarında bir sıra görüşlər keçirəcəklər.

Görüşlər zamanı iki ölkənin qanunvericilik orqanlarının vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycanla ABŞ arasında siyasi əlaqələr və iqtisadi ticarət əlaqələri müzakirə olunacaq.

Şərhlər