Abdulla Gül İlham Əliyevitəbrik edib
19 May 2011 Cümə Axşamı 17:35
Türkiyə prezidenti Azərbaycanın müsabiqədə birinci olmasından böyük sevinc hissi duyduqlarını qeyd edib
Türkiyə prezidenti Abdulla Gül azərbaycanlı həmkarı İlham Əliyevi 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” mahnı müsabiqəsində qazanılan qələbə münasibəti ilə təbrik edib. A.Gül dost və qardaş Azərbaycanın birinci olmasından böyük sevinc hissi duyduqlarını qeyd edib.

"Azərbaycanın bu uğuru Türk xalqını da çox məmnun edib. Sizin qismində Azərbaycanı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu münasibətlə Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram", - deyə Türkiyə prezidentinin təbrik məktubunda bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar