Abbas Abbasovun oğlu danışdı
13 İyun 2013 Cümə Axşamı 18:16
Aydın Abbasov: Heç bele tezyiq üçün esas da mövcud deyil.
Deputat Aydın Abbasov iyunun 13-də “Media forum” saytına açıqlama verib.
Aydın Abbasov baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğludur. Abbas Abbasov hazırda Rusiya Azərbaycan Təşkilatları İttifaqına və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) Ağsaqqallar Şurasına sədrlik edir. Bu həftə Abbas Abbasov bəyanat yayaraq son vaxtlar Azərbaycanda Rusiya əleyhinə kampaniya aparıldığını bildirib və buna kəskin etirazını ifadə edib. Azərbaycanın hakim partiyasının təmsilçiləri və hakimiyyətyönlü bir sıra şəxslər mediaya açıqlamalarında bu bəyanatına görə Abbas Abbasovu qınayıblar.
Deputat Aydın Abbasov “Media forum” saytına deyib ki, atasının son açıqlamalarına görə hər hansı təzyiqlə üzləşməyib: “Bizim ailəyə heç bir təzyiq yoxdur. Heç belə təzyiq üçün əsas da mövcud deyil. Əvvəl necə yaşayıb işləmişiksə, indi də elədir”.
Azərbaycanı tərk edib Rusiyaya getməsi haqda yayılan xəbərləri təkzib edən Aydın Abbasov vurğulayıb ki, o, Bakıdadır, işləri ilə məşğuldur: “İyunun 13-də Milli Məclisin iclasında iştirak etmişəm. Azərbaycandan heç hara getməmişəm, belə bir niyyətim də yoxdur”.
DOSTLARINLA PAYLAŞ: