Abbas Abbasov İlham Əliyevi təbrik edib
10 Oktyabr 2013 Cümə Axşamı 11:22
İlham Əliyevin növbəti prezidentlik müddətində Rusiya-Azərbaycan xalqları arasında münasibətlər mehribanlaşacaq.
“Azərros” - Ağsaqqallar Şurasının sədri Abbas Abbasov seçkilərdə qalib gəlməsi münasibəti ilə İlham Əliyevi təbrik edib. ANS PRESS-in “Azerros”-un saytına istinadən verdiyi məlumata görə, A.Abbasov İlham Əliyevi seçkilərdə qazandığı uğura görə təbrik edib. O, İlham Əliyevin növbəti prezidentlik müddətində, Rusiya-Azərbaycan xalqları arasında münasibətlərin mehbanlaşacağından əminliyini ifadə edib:

“Seçkinin nəticələri xalq arasında yüksək nüfuzunuzu təsdiqlədi. Biz əminik ki, Azərbaycan Prezidenti kimi yüksək vəzifədə siz bundan sonra da Rusiya və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsi və genişlənməsinə köməkçi olacaqsınız. Sizə dövlət fəaliyyətinizdə uğurlar, uzun ömür, sülh və mehribançılıq arzulayıram”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar