Ölkə

AB-nin enerji komissarı Azərbaycana gəlib

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin enerji üzrə komissarı Günter Ottinger Azərbaycana gəlib.

· Xəbərçi
AB-nin enerji komissarı Azərbaycana gəlib


APA-nın xəbərinə görə, səfərdə məqsəd iyunun 7-10-da Bakıda keçiriləcək neft-qaz konfransında iştirak etməkdir.

Səfər çərçivəsində qonaq Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli görüşlər də keçirəcək. Görüşlərdə enerji sahəsində əməkdaşlıq və “Nabucco” layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Səfər iyunun 8-də başa çatacaq.

Şərhlər