9 ayda 75502 avtomobil idxal olunub
21 Oktyabr 2013 Bazar Ertəsi 17:04
Avtomobillərin 665-i 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir.
Son 9 ayda 75502 avtomobil idxal olunub. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib. Hesabatda göstərilir ki, idxal olunan avtomobillərin 665 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir. İdxal olunan avtomobilin 68 487 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5 661 ədədi isə yük daşımaq üçün motorlu nəqliyyat vasitələridir. Digər 689 ədəd vasitə isə xüsusi təyinatlı motorlu nəqliyyatdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar