8-ci km bazarı satışa çıxarılıb
05 Sentyabr 2014 Cümə 23:01
8-ci km bazarı satışa çıxarılıb. Hərraca hər birinin nominal dəyəri 2 manat olan 515541 səhm çıxarılacaq
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “8-ci km Ticarət Mərkəzi”nin səhm emissiyasını qeydə alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə fins.az-a istinadən QKDK xəbər verir.

Hərraca hər birinin nominal dəyəri 2 manat olan 515541 səhm çıxarılacaq.

Beləliklə, bazar təxminən 1 milyon manat məbləğində qiymətləndirilib. Məlumata görə, emissiya qapalı olacaq, yəni buraxılan səhmləri yalnız bazarın indiyədək olan səhmdarları ala biləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar