700 bal toplayan telebenin atasını öldürübler
10 Oktyabr 2013 Cümə Axşamı 13:12
İmtahanlarda 700 bal toplamış Qazax rayonun Ürkmezli kend sakini Orxan Seferovun atası Arif Seferov öldürülüb.
ANS PRESS-in “modern.az” saytına istinadən verdiyi məlumata görə, hadisə xeyli vaxt əvvəl baş verib.
“Hadisə keçən il olub. Oktyabrın 6-da atamın ilini verdik” deyə O.Səfərov bildirib.
Hazırda ağır günlər yaşadıqlarını bildirən Orxan bu haqda danışmaqda çətinlik çəkib. “Hadisə gözlənilmədən oldu. Atamın heç tanımadığı adam onu bıçaqladı. Atam həmin insanı heç tanımırdı, aralarında nə ədavət, nə də pul söhbəti var idi. Heç bilmirəm, niyə belə oldu”.
Orxan atasını öldürən şəxsin tutulduğunu və hazırda həbsdə olduğunu qeyd edib.
Qeyd edək ki, 2012-ci ilin qəbul imtahanlarında 700 bal toplayaraq tələbəlik sevinci yaşayan Orxan hazırda Qafqaz Universitetinin sənaye mühəndisliyi ixtisasında təhsil alır. İkinci kursda oxuyan Orxanın bütün qiymətləri əladır və prezident təqaüdçüsü olaraq qalır.
DOSTLARINLA PAYLAŞ: