6 nəfər ədliyyə orqanlarından xaric edilib
19 Fevral 2014 Çərşənbə 18:23
Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş müşavirədə deyib.
2013-cü ildə Azərbaycanda 6 nəfər nöqsanlarına görə tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib. ANS PRESS-in məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş müşavirədə deyib.
Müşavirədə, həmçinin qeyd olunub ki, penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək bu məqsədlə xarici ölkələrin nümayəndələrinin ölkəmizə tanışlıq səfərləri davam edib. Qeyd olunmalıdır ki, BQXK ilə bu sahədə əməkdaşlığın uğurlu nəticəsidir ki, vərəmdən ölüm halları 60 dəfə, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 15 dəfə azalıb.
DOSTLARINLA PAYLAŞ: