6 milyondan çox insan tibbi müayinədən keçdi
05 May 2014 Bazar Ertəsi 17:07
Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi müayinəsi müvəffəqiyyətlə başa çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi müayinəsi müvəffəqiyyətlə başa çatdırılıb.

ANS PRESS-in məlumatına görə, bu məqsədlə 2014-cü il fevralın 17-dən mayın 1-dək şəhər, rayon icra hakimiyyətləri və Səhiyyə Nazirliyi ilə birgə ölkənin bütün yaşayış məntəqələrini əhatə etməklə 245 xəstəxana, diaqnostika mərkəzi, dispanser və poliklinikada əhalinin tibbi müayinəsi təşkil edilib.

Bu müddətdə əhalinin 65,6 faizi və ya 6 milyon 230 min nəfərdən çoxu tibbi müayinədən keçirilib. Onlardan 545 mini ambulator müalicə alıb, 25 mindən çox insan stasionar müalicəyə qəbul olunub. 8 min nəfər isə Bakı şəhərinin tibbi müəssisələrinə müalicəyə göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar