6 erməni əsgərini öldürən gizir Yaşar Hüseynov
04 Avqust 2014 Bazar Ertəsi 11:56
Millət vəkili Qənirə Paşayeva cəbhə xəttində baş verən atışma zamanı yaralanan gizir Yaşar Hüseynov Əhəd oğluna baş çəkib.
Millət vəkili Qənirə Paşayeva cəbhə xəttində baş verən atışma zamanı yaranan və Həbi Hospitala yerləşdirilən gizir Hüseynov Yaşar Əhəd oğluna baş çəkib.
ANS PRESS-in məlumatına görə, Q. Paşayeva Y. Hüseynov 6 erməni əsgərini öldürdüyünü və şəhidlərimizin intiqamını aldığını qeyd edib:
"Bu gün Qospitalda onun əlixi sıxmaqdan və tanımaqdan qürur duydum.Belə oğullarla hamımız fəxr etməliyik. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına, ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordunun 6 əsgər və hərbiçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız. Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik. Yaralı olmasına baxmayaraq sənin cəsarətin, ağrılara belə əyilməmən, yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə demən gözümün qarşısından getmir. İnanırıq ki,s izin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab rrezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın. Bütün dualarımız səninlə.İnşallah Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan. Yaşar qardaşımızdan dualarınızı əksik etməyin".
DOSTLARINLA PAYLAŞ: