“Azərbaycanda hazırda 1815 QİÇS virusu aşkar olunmuş xəstə var”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşi Mübarizə üzrə Dövlət Komissiyasinin bu ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş hesabat xarakterli iclasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, bu şəxslərin 1093 nəfəri narkotik vasitə istifadəçiləridir.
E. Ağayevin sözlərinə görə, son 6 ayda isə QİÇS-ə yoluxmuş 220 nəfər aşkar edilib. Bunlardan 145-i inyeksiya yolu ilə bu xəstəliyə yoluxduğu müəyyən edilib. /ANS PRESS/